ÖZ XƏBƏR

“CASPIAN AUTO TECH” MMC-nin vergi borcu 275 min manatı ötüb

“CASPIAN AUTO TECH” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda dövlət vergi borcu üzə çıxıb.

32gun.az xəbər verir ki, şirkətin borcu 275,106.68 AZN məbləğindədir.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 8, mənzil 30 olaraq göstərilib. Rəsmi məlumatlara əsasən, şirkətin qanuni təmsilçisi Sevinc Baharova Xəlil qızıdır. Lakin əldə etdiyimiz məlumata görə, “CASPIAN AUTO TECH” MMC-nin qurucusu və 2023-cü il iyunun 20-dək qanuni təmsilçisi Əlizadə Cəfər Yaşar oğludur.

Qeyd etmək lazımdır ki, şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. 

Ayaz

Oxşar Xəbərlər