ÖZ XƏBƏR
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”ndən 994 min manatlıq "plan"
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan backhoe loader tipli nəqliyyat vasitələrinin işlək vəziyyətdə saxlanılması üçün ehtiyat hissələrinin satın alınması məqsədilə keçirdiyin tenderin qalibi bəlli olub.
32gun.az xəbər verir ki, müsabiqənin qalibi “Azizi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Tərəflər arasında 994.303,4 AZN dəyərində müqavilə bağlanmasını planlaşdırır.
Bildirək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub. Bundan əvvəl isə bu qurumun külli miqdarda vergi borcu – 20.007.005,91 AZN – barədə məlumat vermişdik.
Ayaz