ÖZ XƏBƏR
"Disked Qrup" MMC-nin 100 min manatdan çox vergi borcu var
"Disked Qrup" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanlarının diqqət mərkəzinə düşüb.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 101 040.76 manat təşkil edir.
Bundan əlavə, cəmiyyət riskli vergi ödəyicisi statusu ilə də qeydiyyata alınıb. Bu status adətən vergi qanunvericiliyinin pozulması, şübhəli maliyyə əməliyyatları və ya saxta alış-satış fəaliyyəti ilə məşğul olan şirkətlərə aid edilir.
"Disked Qrup" MMC-nin qanuni təmsilçisi Vüqar Məmmədov Həsən oğludur.
Qeyd edək ki, riskli vergi ödəyiciləri ilə əməkdaşlıq edən digər şəxslər də vergi orqanları tərəfindən izlənilə və əlavə yoxlamalara məruz qala bilərlər.
Ayaz