ÖZ XƏBƏR
Quduzluq əleyhinə peyvənd istehsalı üçün nəzərdə tutulan xammal alınmadı
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Quba şəhərində yeni yaradılan heyvanların quduzluq xəstəliyinə qarşı “aldadıcı yem şəklində peyvəndin istehsalı” sahəsi üçün nəzərdə tutulan xammal satınalması tenderi ləğv edilib.
32gun.az-ın məlumatına görə, satınalma prosesinə nəzarət orqanının qərarı əsasında xitam verilib.
Sözügedən satınalmanın nəticəsi ləğv olunmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən keçirilməlidir.
Ləğv edilən tenderin ehtimal olunan dəyəri 163 443,79 manat təşkil edirdi. Satınalma tetrasiklin hidroklorid tozu, bərk parafin və digər xammal məhsullarını əhatə edirdi.
Ayaz