Məşhur müğənni prodüserlər tərəfindən aldadıldığı üçün klipinin yayımını ləğv edib
Müğənni klipinin çıxışını ləğv etdi: “Məni Mərkəzi aldatdı”
Rusiyalı müğənni Slava “Instagram” səhifəsində “Ürəkdə ildırım çaxır” (“В сердце бьет молния”) adlı mahnısına çəkilən klipin çıxışının ləğv olunduğunu bildirib.
32gun.az bildirir ki, Sənətçi açıqlamasında qeyd edib ki, onu Mixail Quseriyevin adını daşıyan prodüserlik mərkəzi aldadıb:
“Onlar mənə ilyarımdır rejissor, ssenari və maliyyə vəd edirdilər. Hər dəfə ‘Quseriyevin sözlərinə yazılmış mahnılara dəstək veririk’ deyirdilər. Amma nəticədə heç nə vermədilər. Həmçinin konsert üçün dəstək də olmadı. Nə baş verdiyini anlamıram”.
Slavanın sözlərinə görə, o, hazırda keyfiyyətli klipin çəkilməsi üçün vəsaiti yoxdur və mövcud versiya uğursuz alınıb. Buna görə müğənni “zəif məhsul” təqdim etmək istəmədiyini vurğulayıb.
İfaçı əlavə edib ki, bundan sonra Mixail Quseriyev Prodüserlik Mərkəzi ilə əməkdaşlıq etməyi düşünmür:
“Heç vaxt onlardan nəsə istəməmişəm, özləri təklif edib maliyyələşdirirdilər. İndi isə sadəcə məni aldatdılar. Konsert üçün də vəsaiti özüm xərcləmişəm. Artıq çoxdan oliqarxın həyat yoldaşı deyiləm”.
Nilay