Wolt xidmətindən istifadə edən vətəndaş Tural Əlizadə şirkətdən narazılığını bildirib.
32gun.az bildirir ki, Onun sözlərinə görə, 1 oktyabr tarixində verdiyi sifariş zamanı sistem eyni sifariş üçün iki dəfə eyni məbləğdə ödəniş çıxıb.
“Artıq 20 gündən çoxdur, məsələ həll olunmur. Hər dəfə məni yola verirlər, məsuliyyəti bankın üzərinə atırlar. Halbuki problem açıq şəkildə Wolt-un sistemindən qaynaqlanır. Mən bu xidmətdən yüzlərlə dəfə istifadə etmişəm, yeni müştəri deyiləm və nəsə səhvən etməmişəm. Son zamanlar Wolt-un dəstək xidmətinin keyfiyyətinin də xeyli zəiflədiyini müşahidə etmişəm,” – deyə Tural Əlizadə qeyd edib.
Şikayətçi vətəndaş şirkətdən ədalətli araşdırma aparılaraq artıq çıxılan vəsaitin geri qaytarılmasını tələb edir.
Nilay