ÖZ XƏBƏR
Culfa Rayon İcra Hakimiyyəti yeni inzibati binanın layihələndirilməsi üçün şirkətlə müqavilə bağladı
Culfa Rayon İcra Hakimiyyəti tikintisi dayandırılmış yeni inzibati binanın layihələndirilməsi ilə bağlı satınalma prosesini yekunlaşdırıb.
32gun.az xəbər verir ki, bu məqsədlə “House Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 144.791,66 manat məbləğində müqavilə bağlanıb.
Əldə etdiyimiz məlumata görə, şirkətin hazırda 4.998,6 manat vergi borcu mövcuddur.
“House Project” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Nərgiz Ağayeva Qəzənfər qızıdır.
Ayaz