DSMF 310 min manatlıq audit xidməti alacaq
“Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi (DSMF) və onun struktur bölmələri üçün 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 310.548 manat təşkil edir.
Satınalma predmetinə görə audit xidməti bir ədəd olmaqla DSMF aparatını və bütün tabeli struktur bölmələrini əhatə edəcək.
İşin həcmi və texniki tələblər satınalma predmetinə dair sənədlərdə qeyd olunub.
Qeyd edək ki, bəhs edilən tender oktyabrı 8-də ləğv edilmişdi.
Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazir Anar Əliyev, Fondun İdarə Heyətinin sədri isə Zəka Mirzəyevdir.
Ayaz