Nazirliyin layihə tenderi ləğv edildi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən “Cəbrayıl rayonu inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin layihələndirilməsi, xarici kommunikasiya üzrə işlər”in satın alınması ilə bağlı elan edilən tender ləğv olunub.
32gun.az xəbər verir ki, satınalmanın ləğvinə səbəb “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsi ilə əsaslandırılıb. Həmin maddəyə görə, müsabiqədə iştirak üçün tələb olunan sənədləri təqdim edən və zəruri lisenziyaya malik təchizatçıların sayı üçdən az olduğu halda tender ləğv edilir.
Layihənin ehtimal olunan dəyəri 559 min 556 manat təşkil edirdi.
Xatırladaq ki, Qarabağ regionunda yeni meşəçilik və təlim mərkəzlərinin yaradılması ekoloji bərpa və yaşıl iqtisadiyyat istiqamətində həyata keçirilən layihələrdən biridir. Lakin tenderin ləğvi bu prosesin müəyyən müddətə təxirə salınmasına səbəb ola bilər.
Ayaz