ÖZ XƏBƏR

Minatəmizləmə Agentliyi kibertəhlükəsizlik tenderini yenidən elan edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi kibertəhlükəsizlik üzrə proqram təminatlarının satın alınması ilə bağlı tenderi yenidən elan edib.

32gun.az xəbər verir ki, sözügedən tender bu gün — 22 oktyabr 2025-ci il tarixində təkrar təqdim olunub. Qeyd edək ki, layihənin ehtimal olunan dəyəri 179 min 19 manat 45 qəpik təşkil edir.

Xatırladaq ki, eyni satınalma prosesi daha əvvəl “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilmişdi. Həmin maddəyə görə, tenderdə iştirak üçün tələb olunan sayda — yəni üçdən az təchizatçı müraciət etdiyi halda müsabiqə etibarsız sayılır.

Yeni elanla Minatəmizləmə Agentliyi kibertəhlükəsizlik istiqamətində texnoloji infrastrukturun gücləndirilməsini və informasiya təhlükəsizliyinin təmin olunmasını hədəfləyir.

Nilay

Oxşar Xəbərlər