ÖZ XƏBƏR
“Yeni Klinika” etilen oksid sterilizatoru üçün avadanlıqlar alır
“Yeni Klinika” publik hüquqi şəxsin Sanqiang SQ-XH220 markalı etilen oksid sterilizatoru üçün malların alınması ilə bağlı elan etdiyi tenderin qalibi müəyyənləşib.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “Sinamedica” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqavilənin dəyəri 118.253,52 manat təşkil edir.
Ayaz