ÖZ XƏBƏR

Xızı Mərkəzi Xəstəxanası tibbi avadanlıqları alır / 15 min manata

“Xızı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tibbi cihaz, alət və avadanlıqların alınması ilə bağlı yeni satınalma elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 15.296,93 manat təşkil edir.

Tender “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə aparılır və müxtəlif tibbi təchizatların alınmasını nəzərdə tutur.

Siyahıya aşağıdakı avadanlıqlar daxildir:

Elektrokautery – 400 W gücündə, monopolar və bipolyar tətbiqlər üçün (1 ədəd)

Boy ölçənlə tərəzi – divar tipli, elektron ekranlı (2 ədəd)

Əlil arabası – təhlükəsizlik kəməri ilə təchiz edilmiş (2 ədəd)

Xəstə daşıma xərəyi (sadə) – 600x2000 mm ölçülərində (4 ədəd)

Soyuducu – 206 litr həcmində, De frost funksiyalı (1 ədəd)

Cərrahiyyə alətləri dəsti (böyük) – 80 parça abdominal dəst (1 dəst)

Tibbi tapçan – baş hissəsi tənzimlənən (6 ədəd)

Yeni doğulmuşlar üçün tərəzi – LCD ekranlı, 20 kq-a qədər ölçmə tutumlu (3 ədəd)

Mexaniki tonometr – yumşaq manşetli, çantalı (6 ədəd)

Stetoskop – paslanmayan poladdan, universal istifadə üçün (6 ədəd)

Oksimetr – OLED ekranlı, 52 qram çəkidə (5 ədəd)

Aspirator – 46 L/dəq gücündə, vakuum göstəricili (1 ədəd)

Dərman üçün şüşəli şkaf – taxta materialdan (1 ədəd)

Ayaz

Oxşar Xəbərlər