DÜNYA ÖZ XƏBƏR

İcazəsiz soya sousu istifadə etdiyinə görə ev sahibəsi xidmətçini qaynar su ilə yandırdı

Malaziyada 59 yaşlı qadın ev işçisinə qarşı amansız rəftar etməkdə ittiham olunaraq saxlanılıb.

32gun.az bildirir ki, u barədə "World of Buzz" məlumat yayıb.

Məlumata görə, hadisə ev sahibinin xidmətçi qadını icazəsiz soya sousundan istifadə etməkdə günahlandırması ilə başlayıb. Qadın cəza olaraq onun üstünə qaynar su töküb və bu, ciddi termiki yanıq xəsarətlərinə səbəb olub.

Araşdırma zamanı daha dəhşətli faktlar üzə çıxıb. Polis bildirib ki, ev işçisi uzun müddət fiziki zorakılığa məruz qalıb — onu döyüb, ayaqlarına dəfələrlə qaynar su töküb, üzünə təpiklə zərbələr endiriblər. Bu zərbələr nəticəsində qadın bir neçə dişini itirib.

Zərərçəkmiş hal-hazırda sosial xidmətlərin nəzarətindədir və lazımi tibbi yardım alır.

Hadisə ilə bağlı təkcə qadın deyil, onun həyat yoldaşı da məsuliyyətə cəlb oluna bilər. Cütlüyü uzunmüddətli həbs cəzası gözləyir.

İlkin məlumata görə, ev işçisi ailədə bir neçə il işləyib, azadlıqdan məhrum edilib və əmək haqqısının bir hissəsini almadan çalışıb. Polis onun ölkədə rəsmi qeydiyyatının və işləmək üçün etibarlı icazəsinin olub-olmadığını araşdırır.

Nilay 

Oxşar Xəbərlər