Böyük Britaniya kralı III Karl Stafordşirdə yerləşən Liçfild kilsəsini ziyarət edərkən etirazlarla qarşılaşıb. Hadisə, kralın qardaşı şahzadə Endryunun amerikalı maliyyəçi Ceffri Epsteyn ilə əlaqələrinə dair qalmaqal fonunda baş verib. 32gun.az xəbər verir ki, hadisə Sky News tərəfindən canlı yayımlanıb.
Məlumata görə, kral xalqla söhbət etdiyi zaman iştirakçılardan biri ondan, qardaşının Epsteyn ilə əlaqələrindən xəbərdar olub-olmadığını soruşub. Həmin şəxs həmçinin parlament üzvlərinə Kral ailəsinin üzvlərini İcmalar Palatasında müzakirə etməyə icazə verilməsini tələb edib. III Karl bu şərhlərə reaksiya vermədən susqun qalıb.
12 oktyabrda Daily Mail yazıb ki, şahzadə Endryu Epsteynə qalmaqallı fotoşəkilin dərcindən sonra vəziyyəti birlikdə aşacaqlarını vəd edib. Həmin fotoşəkildə o, yetkinlik yaşına çatmayan bir qızla birlikdə təsvir olunub. Bildirilir ki, şahzadə maliyyəçi ilə elektron poçt vasitəsilə də yazışıb və şəkilin ona yarada biləcəyi nəticələrdən narahatlığını ifadə edib.
17 oktyabrda isə Endryu Epsteyn ilə əlaqələrinə görə hersoq titulundan imtina etdiyini açıqlayıb.
Ayaz