ABŞ prezidenti Donald Tramp Macarıstanın Rusiya ilə bağlı sanksiyalardan azad olunması məsələsinə dair sualdan yayınaraq, mövzuya dolayı cavab verib.
32gun.az bildirir ki, o deyib:
“Orban bizdən istisna istədi. Amma biz onu vermədik. O, sadəcə bizdən bunu xahiş etdi”, — deyə Tramp jurnalistlərlə söhbətində bildirib. Söhbət Vaşinqtondan Palm-Biçə uçan prezident təyyarəsində baş tutub. Tramp həftəsonunu “Mar-a-Lago” iqamətgahında keçirəcək.
Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban 7 noyabrda Vaşinqtonda Tramp ilə görüş zamanı ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan enerji sahəsində müəyyən istisnaların edilməsini müzakirə etməyi planlaşdırır. Orbanın sözlərinə görə, bu addım Macarıstanın enerji təhlükəsizliyi üçün vacibdir. O, dəfələrlə qeyd edib ki, Rusiyadan enerji daşıyıcılarının uzunmüddətli müqavilələr əsasında alınması ölkəsi üçün həyati əhəmiyyət daşıyır və yeni sanksiyalar Macarıstanın maraqlarına zərər vura bilər.
Ayaz