ÖZ XƏBƏR
Gömrük Hospitalı 1 milyon manatdan çox dəyərində antibakterial preparat alır
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən antibakterial preparatların alınması ilə bağlı tender elan edilib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 1.091.614,21 manat təşkil edir.
Müqavilə çərçivəsində müxtəlif tibbi məqsədlərlə istifadə olunan antibakterial preparatların alınması nəzərdə tutulur. Bu preparatlar hospitalın struktur bölmələrində müalicə prosesinin təmin edilməsi, infeksion xəstəliklərin qarşısının alınması və xəstələrin bərpa mərhələsində istifadə üçün nəzərdə tutulur.
Ayaz