Abşeron Rayon İcra Hakimiyyəti abadlıq işləri üçün yeni tender elan edib
Abşeron Rayon İcra Hakimiyyəti ərazidə abadlıq işlərinin həyata keçirilməsi məqsədilə ağac və gül kollarının əkilməsi, həmçinin ot örtüyünün salınması ilə bağlı xidmətlərin satınalınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, tender iki hissədən ibarətdir və ümumi ehtimal olunan məbləğ 74.780 manat təşkil edir. Layihə çərçivəsində rayonun müxtəlif ərazilərində yaşıllaşdırma işlərinin aparılması, mövcud landşaftın abadlaşdırılması və estetik görünüşün yaxşılaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, bu tip abadlıq işləri Abşeron rayonunda infrastrukturun müasir tələblərə uyğunlaşdırılması, əhalinin istirahəti üçün daha komfortlu şəraitin yaradılması məqsədi daşıyır.
Maraqlı tərəflər tender sənədləri ilə tanış olaraq müəyyən edilmiş qaydalara uyğun şəkildə müraciət edə bilərlər.
Ayaz