Məşhur aktrisa psixi sağlamlıq problemləri olduğunu açıqlayıb
Amerikalı aktrisa Qvinet Peltrou özünü narahat edən psixi sağlamlıq problemlərindən danışıb.
32gun.az bildirir ki, 53 yaşlı ulduz bu barədə the goop adlı podkastının yeni buraxılışında bildirib.
Peltrou deyib ki, onun diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS) ola bilər:
“Düşünürəm ki, məndə diqqət çatışmazlığı və hiperaktivlik sindromu var. Mən çox müxtəlif istiqamətlərdə hərəkət etməyə meyilliyəm. İstərdim ki, bu hal məndə bu qədər tez-tez baş verməsin və gün ərzində özümə daha çox güvən hiss edim”.
Aktrisa və biznesmen əlavə edib ki, yüksək həssaslığı səbəbindən bəzən hətta işgüzar e-poçtu belə “şillə” kimi qəbul edir:
“İstəyərdim özümü elə dəyişdirim ki, yaxşı və ya pis xəbərlər mənə bu qədər dəhşətli görünməsin”.
Peltrounun sözlərinə görə, onun vəziyyətinə həm diqqət mərkəzində olarkən aldığı tənqidlər, həm də menopozla bağlı hormonal dəyişikliklər təsir göstərib.
“Mən yatağa gücdən düşmüş halda girirəm, ürəyim isə dəhşətli dərəcədə sürətlə döyünməyə başlayır. Elə fikirlər yaranır ki, onları həyatımda heç vaxt keçirməmişəm. Normal yatıram, amma bəzən səhər oyananda məni izaholunmaz qorxu bürüyür”, – deyə Peltrou etiraf edib.
Qeyd edək ki, noyabrın əvvəlində rusiyalı müğənni Lyusya Çebotinaya da tənqidlərə ağrılı reaksiyasına görə psixoloqa müraciət etməsi tövsiyə olunmuşdu.
Nilay