SOSIAL ÖZ XƏBƏR

"Azpul" MMC müştərinin telefonuna icazəsiz müdaxilə edərək qanunu pozub - Hüquqşünas

Xəbər verdiyimiz kimi, Bank Olmayan Kredit Təşkilatı “Azpul” MMC-nin mobil tətbiqi vasitəsilə müştərinin telefon kontaktlarına icazəsiz daxil olub və oradakı nömrələrə zəng etdiyi bildirilir.

Məsələ ilə bağlı tanınmış hüquqşünas və yazıçı Müşfiq Abbasovdan ekspert mövqeyi aldıq. 32gun.az-a danışan hüquqşünas bildirib ki, bu hərəkət tam qanunsuzdur və bunun üçün məsuliyyət var. Hətta, vəziyyət cinayət məsuliyyətinə qədər aparıla bilər.

“Hər kəsin şəxsi yazışmaları, telefon danışıqları, poçt və digər rabitə vasitəsilə ötürülən məlumatlarının gizliliyini dövlət təmin edir. Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə, telefona qanunsuz müdaxilə edib başqasının telefon nömrəsini əldə etmək və ona zəng etmək məlumatların qanunsuz toplanması kimi qiymətləndirilir və məsuliyyət yaradır,” – deyə Müşfiq Abbasov əlavə edib.

Ayaz

Oxşar Xəbərlər