ÖZ XƏBƏR
Həddən artıq arıqlaması ilə gündəm olan nazir 154 mini görün nəyə xərcləyir
“Kartriclərin doldurulması və yeni kartriclərin satın alınması” xidmətini "KAİNAT-PRİNT" MMC-yə həvalə edib.
32gun.az xəbər verir ki, müqavilənin ümumi dəyəri 154.205,94 AZN təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovdur. O, son vaxtlar mətbuatda həddindən artıq arıqlaması ilə gündəmə gəlib. Hətta onun Yunanıstanda əməliyyat olunduğu iddia edilsə də, nazir bu məlumatı təkzib edərək səhhətinin normal olduğunu bildirib.
Ayaz