ÖZ XƏBƏR

“AZER TECH” MMC-nin 1,18 milyon manat vergi borcu üzə çıxdı

“AZER TECH” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu qzə çıxıb.

32gun.az xəbər verir ki, şirkətin borcu 1.183.683,72 AZN təşkil edir.

Şirkət Naxçıvan Şəhər Vergilər İdarəsi nəzdində qeydiyyatdadır və ünvanı Naxçıvan Şəhəri, Sabir, ev 67-dir.

Qeyd olunur ki, şirkətin nizamnamə kapitalı 50.020 manatdır və qanuni təmsilçisi Ahmet Yıldızdır. Şirkət əvvəlcə 2019-cu il 8 may tarixində “ARAS ELEKTRİK” MMC adı ilə yaradılıb, 2021-ci ilin 15 sentyabrında adı “ŞAH ELEKTRİK” MMC olaraq dəyişdirilib və 3 aprel 2023-cü ildən “AZER TECH” MMC adı ilə fəaliyyət göstərir.

Qanuni təmsilçilərdən Adanur Ahmet və Yıldız Ahmet 30 oktyabr 2024-cü ildən şirkətin rəhbərliyindədir.

Ayaz

Oxşar Xəbərlər