ÖZ XƏBƏR
"Yelo Bank" müştərisindən ALDATDI: “Gözləyən keşbek balansıma köçmədən sıfırlandı”
İbrahim Həsənli adlı vətəndaş sosial şəbəkədə Yelo Bankla bağlı narazılığını paylaşıb.
32gun.az bildirir ki, Onun sözlərinə görə, kartında toplanan gözləyən keşbek məbləği bank balansına keçməli olduğu halda qəfil olaraq 0-a düşüb.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı bankın müştəri xidmətlərinə zəng etsə də, operator tərəfindən qaneedici izahat verilməyib:
“Gözləyən keşbek balansıma köçmədən 0 oldu. Operatora zəng vururam, xanım nağıl danışır. Çox bərbad bankdır”.
İbrahim Həsənli bankdan bu problemin səbəbi və keşbek məbləğinin niyə silindiyi ilə bağlı aydınlıq tələb edir.
Ayaz