Standartlaşdırma İnstitutu “yanğın balonu dolumu” tenderini niyə ləğv edildi? – Üçdən az şirkət şok faktoru yaratdı
“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ yanğın balonlarının dolumu xidmətinin satınalınması ilə bağlı keçirdiyi tenderi ləğv edilib.
32gun.az xəbər verir ki, , satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim edən, həmçinin bu xidmət üçün müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı qanunvericiliyə zəruri olan üç şirkətdən az olub. Bu səbəbdən tender Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq ləğv edilib.
Ləğv səbəbi mətndə olduğu kimi qeyd olunub:
“Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.”
Qeyd edək ki, ləğv edilən tender üzrə ehtimal olunan qiymət cəmi 2.220,76 manat təşkil edirdi. Bu məbləğin bu qədər kiçik olmasına baxmayaraq, bazarda bu xidmət üzrə minimum üç lisenziyalı şirkətin belə iştirak etməməsi diqqət çəkən məqam kimi qiymətləndirilir.
Nilay