ÖZ XƏBƏR

Neyrocərrahiyyə Xəstəxanasında “odsöndürən balon” tenderi niyə dayanıb?

“Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ odsöndürən balonların yenidən doldurulması ilə bağlı elan etdiyi satınalma ləğv edilib.

32gun.az xəbər verir ki, Qanunun 36.1.1-ci maddəsinə əsasən, bu xidmət üçün təklif, təklifin təminatı və tələb olunan lisenziyaya malik olan təchizatçıların sayı normativ tələbi – yəni minimum üç şirkəti – qarşılamadığı üçün prosedur dayandırılıb. Ləğv mətni rəsmi sənəddə qısa şəkildə “təchizatçıların sayı üçdən azdır” kimi göstərilib.

Xatırladaq ki, satınalmanın ümumi ehtimal olunan dəyəri 1.558,20 manat idi və bu məbləğə CO₂ qazlı 3 kq-lıq, NaBCO₂ tərkibli 4 kq-lıq və 6 kq-lıq odsöndürən balonların təkrar dolumu daxil idi.

Ayaz

Oxşar Xəbərlər