Moskvanın Çeremuşkinskiy məhkəməsi Rusiya Silahlı Qüvvələri barədə “yalan məlumat yaymaqda” ittiham olunan jurnalist və Moskva Patriarxiyası nəşriyyatının keçmiş əməkdaşı Ksenia Luchenko barəsində qiyabi həbs qərarı verib.
32gun.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Luchenko beynəlxalq axtarışa da verilib. Ona qarşı Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumat yaymaq maddəsi ilə cinayət işi açılıb. 17 oktyabrda Rosfinmonitorinq jurnalistin adını terrorçular və ekstremistlər siyahısına daxil edib. O, 2022-ci ilin aprelindən Rusiya hüdudlarından kənarda yaşayır.
Ksenia Luchenko (Rusiya tərəfindən “xarici agent”, həmçinin terrorçular və ekstremistlər siyahısına daxil edilib) 2000-ci illərdə pravoslavlıq və Rusiya Pravoslav Kilsəsi mövzularında yazan bir neçə internet layihəsinin redaksiya qrupunun üzvü olub. Onlara “Sobornost”, “Orto-media.ru”, “Tserkovnıy vestnik” və “Paskha.ru” kimi portallar daxildir. 2012–2013-cü illərdə “Pravoslavie i mir” portalında konsultant kimi çalışıb. O, postsovet dövründə Rusiya Pravoslav Kilsəsinin fəaliyyəti ilə bağlı bir sıra məqalələrin müəllifidir.
Ayaz