Kostroma vilayətində bir kişi arvadına ağır xəsarət yetirməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılır.
32gun.az bildirir ki, bu barədə regionun Rusiyanın Daxili İşlər Baş İdarəsi məlumat yayıb.
Hadisə 12 iyul tarixində ailənin çadır quraraq dincəldiyi su hövzəsinin sahilində baş verib. Spirtli içki qəbul edən ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi həyat yoldaşını boğazından tutur, əlləri ilə sıxır və eyni zamanda qadının baş nahiyəsinə yumruqla zərbələr endirir.
Qadına qarşı hücum onun qızı tərəfindən gördülüb. Yeniyetmə vəziyyəti düzgün qiymətləndirərək dərhal polisə zəng edib.
Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Həkimlər onda açıq kəllə-beyin travması, üz skeletinin çoxsaylı sınıqları və beyin qanaxması aşkar ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi (qəsdən sağlamlığa ağır zərər vurma) üzrə cinayət işi açılıb. İş materialları məhkəməyə göndərilib. Kişini 8 ilədək həbs cəzası gözləyir.
Nilay