ÖZ XƏBƏR

Tərtər Rayon Mərkəzi Xəstəxanası təsərüfat və dəftərxana mallarını satın alacaq - 51 min manata

Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən dəftərxana, mətbəə məhsulları və təsərüfat mallarının satın alınması planlaşdırılır.

32gun.az xəbər verir ki, satınalma “A4 Ofis” MMC ilə həyata keçiriləcək. Tərəflər arasında bağlanağı düşünülən müqavilənin dəyəri 51.180,93 AZN təşkil edəcəyi gözlənilir.

Alınacaq mallar arasında kağız A4 və A3, kalkulyator, fayl A4, arxiv papkası, pozan, hesablayıcı maşın, sadə karandaş, ipli qovluq, dəlgəc, katriclər (728, 725, MF 3010), lampa 12v, ağardıcı camaşır suyu limon ətirli və sairə yer alır.

Ayaz

Oxşar Xəbərlər