ÖZ XƏBƏR
Nizami Rayonunda abadlıq - 151 min manatlıq
Nizami Rayon İcra Hakimiyyətinin tabeliyindəki Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən abadlaşma və təmir-tikinti işləri üçün satınalma həyata keçiriləcək.
32gun.az xəbər verir ki, satınalma “VNM İnşaat” MMC ilə aparılacaq. Tərəflər arasında bağlanacağı düşünülən müqavilənin dəyəri 150.468,29 AZN təşkil edəcək.
Qalib şirkətin nizamnamə kapitalı 10 manatdır və rəhbəri Vüqar Nağıyev Məhəmməd oğludur.
Xatırladaq ki, Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovdur.
Ayaz