DÜNYA
Polşanın yeganə sualtı gəmisi Hərbi Dəniz Qüvvələri gününə gedərkən xarab oldu
Musavat.com xəbər verir ki, Polşanın yeganə fəaliyyətdə olan sualtısı — 40 illik ORP “Orzeł” — ölkənin Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən paradda iştirak etmək üçün yola çıxarkən nasazlıqla üzləşib.
32gun.az , ekipaj sualtı gəmi səthə qalxdığı anda problemlər aşkar edib və nəticədə “Orzeł” məcburən limana qayıdıb.
Nasazlığın səbəbləri barədə rəsmi məlumat açıqlanmayıb.
Polşa mediası hadisəni ölkənin hərbi dəniz qüvvələrinin vəziyyətinin göstəricisi kimi qiymətləndirir. Yerli Komputer Świat nəşri yazır:
“Desək yalan olmaz ki, Polşa sualtı donanması ordumuzun ən baxımsız və unudulmuş hissəsidir”.