ÖZ XƏBƏR

Sosial Xidmətlər Agentliyində 2 milyonluq xərcin "qarşısı alındı"

Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması üzrə elan edilmiş tender ləğv edilib.

32gun.az xəbər verir ki,  ləğv edilmə səbəbi olaraq göstərilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır (36.1.1.).

Tenderin ehtimal olunan qiyməti 1.974.000,00 AZN təşkil edirdi və planlaşdırılan satınalma 20 ədəd üçotaqlı mənzili əhatə edirdi.

Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur. 

Ayxan

Oxşar Xəbərlər