ÖZ XƏBƏR
UFAZ proqram təminatları və lisenziyaları üçün 85 min manatlıq xidmət alacaq
UFAZ proqram təminatları və lisenziyaları üçün 85 min manatlıq xidmət alacaq
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) üçün müxtəlif proqram təminatları və lisenziyaların satın alınması məqsədilə tender elan edib.
32gun.az xəbər verir ki, tenderin qalibi “LIFE ELEKTRONİKS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 85.961,82 AZN dəyərində müqavilə bağlaması gözlənilir.
Satınalma çərçivəsində Office 365 A3, Github Team License, Adobe Creative Cloud Education Plan, Canva Pro, Retool, Viewsonic VCast PRO, Figma Professional, Envato Pro, Origin2025 lisenziyaları və mövcud veb tətbiqlərin hostinqi üçün VPS serverlər alınacaq.
Ayaz