ÖZ XƏBƏR
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti nasos aqreqatları üçün 273 min manatlıq satınalma həyata keçirəcək
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsi konsol tipli bir pilləli mərkəzdənqaçma nasos aqreqatlarının satınalınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, tender çərçivəsində 315-32, 100-80, 100-30, 50-50, 20-30, 50-32, 90-26 və 100-32 modelləri üzrə müxtəlif məhsuldarlıq və gücə malik nasos aqreqatlarının alınması planlaşdırılır. Ehtimal olunan qiymət 273.122,80 AZN təşkil edir.
Ayaz