DÜNYA ÖZ XƏBƏR

Tramp Afrika liderlərini Ağ Evdə qəbul edəcək: Ruanda və DR Konqo arasında sülh sazişi imzalanacaq

ABŞ Prezidenti Donald Tramp 4 dekabrda Ağ Evdə Ruanda Prezidenti Pol Kaqame və Konqo Demokratik Respublikasının (DR Konqo) lideri Feliks Çisekedini qəbul edəcək.

32gun.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər Trampın vasitəçiliyi ilə əldə edilən tarixi sülh və iqtisadi əməkdaşlıq sazişini imzalayacaqlar.

Qeyd edək ki, tərəflər 27 iyun tarixində Vaşinqtonda artıq bir dəfə münaqişənin həllinə dair saziş imzalayıblar. Sazişə əsasən, tərəflər 2024-cü ildə əldə edilən razılaşmaya əməl etməyi öhdələrinə götürüblər. Bu çərçivədə Ruandanın 90 gün ərzində qoşunlarını geri çəkməsi, həmçinin 30 gün ərzində birgə təhlükəsizlik koordinasiya mexanizminin yaradılması nəzərdə tutulurdu.

Lakin 3 noyabrda DR Konqo prezidenti həmkarını respublikanın şərq hissəsini anneksiya etmək niyyətində olmaqda ittiham etmişdi.

Ayaz 

Oxşar Xəbərlər