ABŞ prezidenti Donald Tramp, həllində iştirak etdiyini iddia etdiyi hər bir münaqişəyə görə Nobel Sülh Mükafatına layiq olduğunu bildirib.
32gun.az bildirir ki, bu barədə o, kabinet iclasında çıxışı zamanı deyib.
“Deyirlər ki, ‘əgər o, Rusiya və Ukrayna arasındakı müharibəni nə vaxtsa bitirsə, Nobel Sülh Mükafatını alacaq’. Bəs Hindistan və Pakistanla bağlı həll etdiyim digər səkkiz müharibə necə?” — Tramp belə sual ünvanlayıb.
O əlavə edib ki, “hər həll olunan müharibəyə görə mükafat almalı” olduğunu düşünür, lakin belə qərarların verilməsini arzulamadığını söyləyib. Prezidentin sözlərinə görə, o, “acgöz” kimi görünmək istəmir.
Xatırladaq ki, 10 oktyabrda Nobel Komitəsi Sülh Mükafatının Venesuela müxalifət lideri Mariya Korine Maçadoya təqdim edildiyini açıqlayıb. O, “Venesuela xalqının demokratik hüquqlarını təşviq etmək və ölkədə diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda mübarizəsi” səbəbilə mükafata layiq görülüb.
Bu mükafatın Venesuela müxalifətçisinə verilməsi ABŞ prezidenti Donald Trampa — dəfələrlə Sülh Mükafatı qazanmaq istədiyini bildirən siyasətçiyə — əlavə təsir göstərməyib. Onun hər hansı cavab addımı gözlənilmir, Tramp buna dair açıqlamasında xüsusi reaksiya ortaya qoymadığını bildirib.
Ayaz