ÖZ XƏBƏR

Palçıq Vulkanları Turizm Kompleksində yeni enerji xətti: Qalib firma müəyyənləşdi

 Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Palçıq Vulkanları Turizm Kompleksində nasosxanaya gedən xəttin transformator məntəqəsinə qoşulması işlərinin görülməsi ilə bağlı satınalma prosesini yekunlaşdırıb.

32gun.az xəbər verir ki, həyata keçiriləcək işlərin icrası üçün keçirilən müsabiqənin qalibi “TƏLƏT” Firması olub. Şirkət layihəni 36.877,36 AZN dəyərində yerinə yetirəcək.

Ayaz 

Oxşar Xəbərlər