ÖZ XƏBƏR

"HALAL-P" MMC-nin Su Meliorasiyası Xidmətinə Termal Kağızlar satır

32gun.az xəbər verir ki, "REGİONAL SU MELİORASİYA XİDMƏTİ" PUBLİK HÜQUQİ ŞƏXSİ tərəfindən həyata keçirilən satınalma prosedurunun nəticələri diqqət çəkib. Qurum 35.990 AZN dəyərində "Termal kağızlar"ın satın alınması üzrə müqaviləni "HALAL-P" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə bağlayıb.

Satınalmanın predmetini təşkil edən 50.000 ədəd termal kağızın texniki spesifikasiyası isə olduqca dəqiqliklə müəyyən edilib. Belə ki, bu kağızlar üçün:

Çap üsulu: Birbaşa termal üsul

Ölçülər: Eni 80mm, uzunluğu 26 metr, rulon şəklində olmalıdır.

Xüsusi Tələb: Kağızın arxası çaplı – 1 rəng mavi fonda 1 rəng qara rəngli mətn (çap ölçüsü 80x190mm) olmalıdır.

Rulon Parametrləri: Orta dolağın xarici diametri 12mm olmalı, orta dolaq plastik və ya sərt kartondan hazırlanmalıdır.

Arxiv Tələbi: Ən azı 5 il arxivlənmə müddəti tələb olunur.

Ayaz

Oxşar Xəbərlər