ÖZ XƏBƏR
Külli miqdarda vergi borcu olan qurum 278 min manatı görün nəyə xərcləmək istəyir
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs lyuk qapaqları, yanğın hidrantları və yağış barmaqlıqlarının satın alınması üzrə keçirdiyi tenderin nəticələrini açıqlayıb.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “BORUAVADANLIĞ” MMC seçilib.
Qurumun yaxın günlərdə şirkətlə 277.949 manat məbləğində müqavilə imzalayacağı gözlənilir.
Tender çərçivəsində alınacaq avadanlıqlar əsasən küçə və yol infrastrukturu üçün nəzərdə tutulur.
Bildirək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub. Bundan əvvəl isə bu qurumun özünün də külli miqdarda vergi borcu barədə məlumat vermişdik.
Nilay