Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbəə məhsulları almağı planlaşdırır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbəə məhsullarının satın alınması ilə bağlı elan etdiyi tender üzrə texniki tələbləri açıqlayıb. Satınalmanın ehtimal olunan dəyəri 3.588,68 manatdır.
32gun.az xəbər verir ki, texniki tapşırığa əsasən, Nazirlik üzərində loqo və rekvizitlərin əks olunduğu A5 ölçüdə, üst hissədən spirallı və 40 vərəqli 1.000 ədəd bloknot, həmçinin yandan yapışqanlı (termokley) 40 vərəqli 1.000 ədəd bloknot hazırlanmasını istəyir. Bundan başqa, yandan yapışqanlı, 100 vərəqli, laminasiya olunmuş və hər 10 vərəqdən bir təbliğat materialı çap edilmiş 150 ədəd bloknotun da sifariş verilməsi nəzərdə tutulur.
Satınalmaya həmçinin Nazirliyin adı və loqosu lazer üsulu ilə üzərinə çap olunmuş 400 ədəd ağ və 400 ədəd göy rəngli basmalı qələm, eləcə də üst hissədən spirallı, 100 vərəqli, laminasiya olunmuş və daxilində təbliğat materialları olan əlavə 150 ədəd bloknot daxildir.
Qeyd edək ki, bütün məhsulların dizaynı və hazırlanması razılaşdırılmış nümunə əsasında həyata keçiriləcək.
Ayaz