ÖZ XƏBƏR
Dövlət İmtahan Mərkəzi 334 min manatlıq könüllü tibbi sığorta xidməti alır
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) könüllü tibbi sığorta xidmətinin satın alınması üzrə elan etdiyi tenderin ilkin məlumatlarını açıqlayıb.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 334.833,33 manat təşkil edir.
Tender çərçivəsində tibbi sığorta proqramına daxil olan tibbi xidmətlər 340 işçi və 480 ailə üzvü üçün göstəriləcək. Buraya 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq daxildir ki, ümumilikdə 820 nəfər sığorta təminatı alacaq.
Ayaz