ÖZ XƏBƏR

Dövlət Komitəsi Pir Həsən məscidinin təmir-bərpa işləri üçün 511 min manat ayırdı

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Pir Həsən məscidinin təmir və bərpa işləri üzrə tenderin qalibini açıqlayıb.

32gun.az xəbər verir ki, satınalmanın qalibi “Fortis Construction” şirkəti olub və işlərin dəyəri 511.711,55 manat təşkil edir.

Tender çərçivəsində nəzərdə tutulmuş işlər məscidin əsaslı təmirini, struktur bərpasını və memarlıq elementlərinin bərpasını əhatə edir.

Ayaz

Oxşar Xəbərlər