Mirələm Cəlalov 364 min manatı mərhum sabiq nazirin ailəsinin şirkətinə köçürə bilər
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” PHŞ-nin ehtiyacları üçün “maşın və avadanlıqlar”ın satınalınması ilə bağlı keçirilən tenderin qalibi “ATA Texnologiya” MMC olub.
32gun.az xəbər verir ki, şirkətlə dəyəri 364.124,4 AZN olan müqavilənin yaxın günlərdə bağlanacağı gözlənilir.
Satınalma çərçivəsində mərkəz üçün müxtəlif təyinatlı avadanlıqlar – kondisionerlər, soyuducu və tibbi soyuducu, switch qurğusu, 3-ü 1-də printerlər (o cümlədən rəngli və ADF funksiyalı), monoblok və desktop kompüterlər, noutbuklar, maşın yuma aparatı, ventilyator, elektrik plitə, 35 kW və 45 kW gücündə elektrik kombiləri, həmçinin panel tipli radiatorlar alınacaq.
Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalovdur.
“ATA Texnologiya” MMC-nin təsisçisi “ATA Holdinq”dir. Şirkətin rəsmi veb-səhifəsində də bu əlaqə açıq şəkildə göstərilib. “ATA Holdinq” isə uzun illər Azərbaycanın vergilər naziri olmuş, 2022-ci ildə vəfat edən Fazil Məmmədovun şirkəti kimi tanınır.
Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. O, 2022-ci ildə dünyasını dəyişib.
Ayaz