ÖZ XƏBƏR

Dövlət Elmi Tibb Kitabxanasının iki tenderi ləğv edildi

Respublika Dövlət Elmi Tibb Kitabxanası tərəfindən elan edilmiş iki satınalma prosesi yetərsay olmadığı üçün ləğv edilib.

32gun.az xəbər verir ki, həm “Maşın və avadanlıqların satın alınması”, həm də “Qəzet və jurnalların satın alınması” ilə bağlı tenderlərdə tələblərə uyğun iştirakçıların sayı üçdən az olduğu üçün proses 36.1.1-ci maddə əsasında dayandırılıb.

Maşın və avadanlıqların alınması üzrə satınalmanın ehtimal olunan dəyəri 2.000 AZN, qəzet və jurnalların alınması üzrə satınalmanın dəyəri isə 21.249,20 AZN təşkil edirdi.

Hər iki tender yetərsay səbəbi ilə ləğv olunub.

Ayaz

Oxşar Xəbərlər