Gomel vilayətində 9 yaşlı ögey oğlunu işgəncə edən kişi barəsində cinayət işi açılıb.
32gun.az bildirir ki, BelTA xəbər verir ki, Jlobin sakini uşağı anasının pul kisəsini oğurlamaqda şübhəli bilib və onu yatağa yıxaraq böyük qardaşına tutmağı tapşırıb. Daha sonra uşağın ağzına acı qırmızı istiot töküb, ardınca istiotun bir hissəsini onun göz qapaqlarının altına səpərək işgəncəni davam etdirib.
Hadisə ailə üzvlərinin gözü qarşısında baş verib. Uşağın anası isə qonşu otaqda olmasına baxmayaraq baş verənlərə reaksiya verməyib. Qəyyumluq orqanlarının qərarı ilə uşaq ailədən götürülüb.
Təqsirləndirilən şəxsin hərəkətləri “yetkinlik yaşına çatmayanı işgəncəyə məruz qoyma” maddəsi ilə qiymətləndirilib və cinayət işi məhkəməyə göndərilib.
Bundan əvvəl İnquşetiyada qızını beş il evdə qapalı saxlayıb döyən ana üç il həbs cəzası almış və 50 min rubl cərimə ödəməyə məcbur edilmişdi.
Nilay