ÖZ XƏBƏR

Dövlət Turizm Agentliyi üçün 103 minlik texnologiya avadanlıqları alınacaq

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi son istifadəçilər üçün informasiya və texnologiya avadanlıqlarının satın alınması üzrə tender elan edib.

32gun.az xəbər verir ki, “CASPEL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 103.518,45 AZN dəyərində müqavilə bağlanması nəzərdə tutulur.

Satınalınacaq avadanlıqlar arasında notbuklar, monitorlar, server və şəbəkə avadanlıqları, disk oxuducular və yaddaş üçün naqillər yer alır. 

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev bu ilin 4 mart tarixli sərəncamı ilə onun işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət vermişdi.

Ayaz

Oxşar Xəbərlər