ÖZ XƏBƏR
Bakı Metropoliteni universal frezləmə dəzgahı alır – 85 min AZN-lik tender
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti universal geniş formatlı frezləmə dəzgahının alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, Dəzgah metal və digər materialların silindrik, üz və uc formalı kəsici işlənməsi, yivlərin, çərçivələrin, dişli çarxların, qəliblərin və digər hissələrin emalı üçün nəzərdə tutulub.
Tenderin ehtimal olunan dəyəri 85.415,75 AZN-dir və yalnız 1 ədəd dəzgahın alınmasını əhatə edir.
Ayaz