Aİ-nin Çinə qarşı tətbiq edə biləcəyi iqtisadi təzyiq vasitələri ümumiyyətlə düşünüləndən daha genişdir.
32gun.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas bildirib.
Onun sözləri Avropa Parlamentinin Xarici İşlər Komitəsinin YouTube kanalında yayımlanan çıxışında səsləndirilib.
Kallas bu fikirləri Fransa prezidenti Emmanuel Makronun Aİ–Çin ticarət balansındakı kəsiri azaltmağa dair çağırışlara Pekin cavab vermədiyi təqdirdə idxal rüsumlarının artırılması ilə bağlı bəyanatına dair sualları cavablandırarkən səsləndirib.
“Avropa İttifaqı qlobal miqyasda əhəmiyyətli iqtisadi təsirə malikdir. Çin üzərində düşündüyümüzdən daha çox təzyiq rıçaqlarımız var”, — deyə o vurğulayıb.
Bundan əvvəl Kallas qeyd etmişdi ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda Rusiyaya kifayət qədər təzyiq göstərilmir. Onun sözlərinə görə, sülh prosesinin “təcavüzü mükafatlandırdığı” vəziyyətə yol vermək olmaz.
Aİ-nin baş diplomatı bir daha Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət olunmasının vacibliyini xatırladıb.
Ayaz