ÖZ XƏBƏR

Mərkəzi Bankdan 342 minlik yeni sistem qurulur

Azərbaycan Respublikasının Mərkəzi Bankı informasiya təhlükəsizliyi və infrastrukturun səmərəliliyinin artırılması məqsədilə Application Performance Monitoring (APM) sisteminin qurulması və mövcud NOC monitorinq həllərinin optimallaşdırılması üçün yeni satınalma prosesinə çıxıb.

32gun.az xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 342.465,50 AZN olaraq göstərilir.

Satınalma çərçivəsində aşağıdakı işlərin yerinə yetirilməsi planlaşdırılır:

  • APM platformasının quraşdırılması və sazlanması – bank sistemlərində tətbiqlərin performansına real-time nəzarətin təmin edilməsi nəzərdə tutulur.

  • Open Source əsaslı NOC həllinin hazırlanması, platformanın qurulması və APM ilə inteqrasiyası – şəbəkə əməliyyat mərkəzi üzrə monitorinq proseslərinin optimallaşdırılması məqsədi daşıyır.

  • IBM Instana Observability Standard Self-Hosted lisenziyaları (1 illik, 25 ədəd) – tətbiq performansının analitik müşahidəsi üçün beynəlxalq standartlara uyğun həllin tətbiqi.

  • 1 illik texniki dəstək xidməti – qurulan sistemlərin fasiləsiz işləməsi üçün xidmət təminatı həyata keçiriləcək.

Mərkəzi Bankın bu addımı maliyyə sektorunda rəqəmsal xidmətlərin nəzarət və idarəetmə səviyyəsini yüksəltməyə yönəldilmiş növbəti texnoloji modernizasiya təşəbbüsü kimi qiymətləndirilir.

Ayaz

Oxşar Xəbərlər