ABŞ-ın Kaliforniya ştatında yaşayan Hesus Ramires keçmiş sevgilisinə qarşı törətdiyi cinayətə görə məhkəmə tərəfindən 25 il müddətinə azadlıqdan məhrum edilib.
32gun.az bildirir ki, bu barədə Stocktonia məlumat yayıb.
Məlumata görə, ayrıldıqdan sonra Ramires keçmiş sevgilisini gözləyərək, silah hədəsi ilə onu motelya aparıb və cinsi xidmət göstərməyə məcbur edəcəyini bildirib. Ramires və onun həmkarları qəsdən çıxışları bağlayaraq, hədələrlə zor tətbiq ediblər. Eyni üsulla onlar digər bir qadını da eyni vəziyyətə salıb.
Keçmiş sevgilisi Ramiresin yanında hərəkət edərkən məktəbin yanından keçərkən qaçmağa müvəffəq olub və dərhal polislə əlaqə saxlayıb. Hüquq-mühafizə orqanları Ramires və həmkarlarının olduğu yerdə ikinci qurbanı da aşkar ediblər.
Məhkəmə H. Ramiresi 25 il müddətinə azadlıqdan məhrum edib. Digər iştirakçılar barədə isə məlumat verilmir.
Ayaz