ÖZ XƏBƏR
Nərimanov Tibb Mərkəzi 5 manatlıq şirkətdən avadanlıq alır – 13 minlik
Nərimanov Tibb Mərkəzi Publik Hüquqi Şəxsi qeyri-tibbi avadanlıqların alınması üçün növbəti satınalma həyata keçirib.
32gun.az xəbər verir ki, tenderin qalibi "TESTTECH" MMC olub. Müqavilənin dəyəri 13.900,4 manat təşkil edir.
Satınalma çərçivəsində Mərkəz aşağıdakı avadanlıqları əldə edir:
Notebook
A4 printer 3-in-1 (ağ-qara)
A4 printer 3-in-1 (rəngli)
Elektrik samovarı
Monoblok
Diqqət çəkən məqamlardan biri odur ki, tenderin qalibi olan "TESTTECH" MMC-nin nizamnamə kapitalı cəmi 5 manatdır. Şirkətin qanuni təmsilçisi Amid Ağayev Ağalar oğlu kimi qeyd olunub.
Avadanlıq alışı üçün ayrılan vəsaitin azlığına baxmayaraq, kapitalı minimal olan şirkətin seçilməsi suallar doğurur.
Ayaz