ÖZ XƏBƏR
ADPU-nun Quba filialı 21 min 975 manatlıq kompüter avadanlığı alır
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı hesablama texnikası və proqram təminatının alınması ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “SKYTECH International” MMC ilə artıq müqavilə bağlayıb. Şirkətlə bağlanmış müqavilənin dəyəri 21.975,26 AZN təşkil edir.
Sifarişə kompüter avadanlıqları, onların proqram təminatı və digər texniki təminat komponentləri daxildir. Avadanlığın tədris prosesində istifadə olunacağı, həmçinin filialın elektron infrastrukturunun yenilənməsinə xidmət edəcəyi bildirilir.
Ayaz